Dünya

Klintonun qızı terrorçulara dəstək üçün serial çəkir

26 Yanvar 2021 13:52
Baxış: 1 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klintonun prodüser qızı Çelsi Klinton terrorçulara dəstək olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Suriyanın Kobani şəhərindəki YPG/PKK-lı qadınların həyatından bəhs edən serial lentə alacaq.

Klintonlara məxsus "HiddenLight" şirkəti serialı yazar Qeyl Tsemax Lemmonun İŞİD-ə qarşı savaşan digər terror təşkilatının üzvlərinin "qəhrəmanlıqları"ndan bəhs edən romanından ilhamlanaraq ekranlaşdıracaq.

Kitab "Kobaninin qızları: Üsyan, cəsarət və ədalətin hekayəsi" adlanır.

"Hekayəni dünyanın hər yerindən izləyicilərə təqdim etməkdən daha həyəcanverici bir şey ola bilməz", - Ç. Klinton qeyd edib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.