Dünya

Niderlandda etiraz aksiyalarında 180 nəfər saxlanıldı - FOTO

25 Yanvar 2021 15:38
Baxış: 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Niderlandın iki böyük şəhərində koronavirus səbəbi ilə tətbiq edilən komendant rejiminə qarşı etiraz aksiyaları keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, insanlar paytaxt Amsterdam və Eyndhovendə toplaşıblar.

Nümayişçilər əvvəlcə Amsterdam Muzeylər Meydanına getmək istəsələr də, buna icazə verilməyib. Polis etirazçılara nümayişin icazəsiz olduğunu xəbərdar etdikdən sonra təzyiqli su ilə müdaxilə edib, 150 nəfər saxlanılıb.

Amsterdam Bələdiyyəsi tvitterdə açıqlama yayaraq insanların icazəsiz aksiyada etiraz hüquqlarından sui-istifadə etdiklərini bildirib.

Eyndhovendə isə vətəndaşlara atlı və zirehli polislər, xüsusi xidməti itlər, gözyaşardıcı qazla müdaxilə olunub. Nümayişçilər polisə fişəng və qolf topları ilə cavab verib. Bəzi nümayişçilərin yaralandığı aksiyada 30-dan çox adamın saxlanıldığı vurğulanıb. Nümayişçilərin relslərdə gəzməsi səbəbindən qatarların fəaliyyəti dayandırılıb. Bundan əlavə, stansiyalar, mağazalar talan edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.