Dünya

İraqda 340 nəfər edam olunacaq

24 Yanvar 2021 17:54
Baxış: 873

İraqın Prezident Administrasiyası terror aktlarının və qətllərin törədilməsinə görə ölümə məhkum edilmiş 340 nəfərin edamını təsdiqləyib.

Milli.Az Modern.az-a istinadən xəbər verir ki, hakimiyyət nümayəndəsinin İraqın rəsmi informasiya agentliyinə verdiyi məlumata görə, qərar bütün konstitusiya və hüquqi aspektlərin öyrənilməsindən və şikayətlərin verilmə vasitələrinin başa çatmasından sonra qəbul edilib.

Mənbə diqqəti ona yönəldib ki, bu şəxslərin edamı Bağdadda 21 yanvarda törədilmiş və 32 nəfərin həlak olması, 110 nəfərin yaralanması ilə nəticələnən terror aktından sonra bəyənilib.

İŞİD terror təşkilatı ilə əlaqədə olan bu şəxslər İraqda terrorizmlə mübarizə haqqında qanunun 4 maddəsi üzrə ittiham edilirlər. İraq qanununa əsasən terror aktları törədən və ya terror təşkilatına üzv olan şəxsləri ölüm cəzası gözləyir.

Ölkə Konstitusiyasına görə, ölüm cəzasının icrası üçün prezidentin təsdiqi lazımdır.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.