Dünya

Qırğızıstan hökuməti istefaya getdi

21 Yanvar 2021 13:39
Baxış: 556
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sadır Japarovun erkən prezident seçkilərində qazandığı qələbədən sonra onun rəhbərlik etdiyi Qırğızıstan hökuməti istefaya gedib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" Qırğızıstan dövlət başçısının Mətbuat xidmətinə istinadən məlumat verib.

"Qırğızıstan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Parlamentin sədri Talant Mamıtov Qırğızıstan Respublikası Baş Naziri və Qırğız Respublikası Hökumətinin səlahiyyətlərinə xitam verilməsi haqqında fərman imzalayıb",- deyə açıqlamada qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.