Dünya

Pandemiya uzun müddət dünya iqtisadiyyatını təhdid edəcək

19 Yanvar 2021 22:32
Baxış: 1 433
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirus pandemiyasının nəticələri növbəti 3-5 il ərzində də dünya iqtisadiyyatının inkişafına maneə törədəcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Dünya İqtisadi Forumunun ekspertləri belə bir proqnozla çıxış ediblər. Qurumun dərc etdiyi "Qlobal Risklər üzrə Hesabat 2021" (Global Risks Report) adlı sənəddə bir sıra bədbin proqnozlar yer alıb.

Hesabat müəlliflərinin qənaətincə, növbəti 5-10 il ərzində insanlar arasındakı sosial bərabərsizlik arta bilər. Bununla yanaşı, ekspertlər geosiyasi sabitsizliyin də artacağını gözləyirlər.

"Pandemiya qarşıdan gələn 3-5 il ərzində spekulyativ köpüklər, qiymət dəyişiklikləri, borc böhranı və İT-infrastrukturun məhvi kimi fəsadlara gətirib çıxara bilər", -deyə sənəddə bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.