"Özbəkistan Hava Yolları" aviaşirkəti Daşkənd-Düşənbə-Daşkənd marşrutu üzrə müntəzəm uçuşların bərpa edir.
Milli.Az APA-ya istinadən bildirir ki, uçuşlar həftədə bir dəfə, çərşənbə günü yerinə yetiriləcək.
Tacikistanın "Somon Air" aviaşirkəti isə həftənin cümə günləri Düşənbə-Daşkənd-Düşənbə marşrutu üzrə uçuşlarına start verəcək.
Qeyd edək ki, ötən ilin dekabrın 25-dən Özbəkistana gələn bütün sərnişinlər hava limanına çatdıqdan sonra COVID-19 testindən keçirilir.
Milli.Az