Özbəkistanla Tacikistan arasında aviareyslər bərpa edilir

18 Yanvar 2021 18:34

"Özbəkistan Hava Yolları" aviaşirkəti Daşkənd-Düşənbə-Daşkənd marşrutu üzrə müntəzəm uçuşların bərpa edir.

Milli.Az APA-ya istinadən bildirir ki, uçuşlar həftədə bir dəfə, çərşənbə günü yerinə yetiriləcək.

Tacikistanın "Somon Air" aviaşirkəti isə həftənin cümə günləri Düşənbə-Daşkənd-Düşənbə marşrutu üzrə uçuşlarına start verəcək.

Qeyd edək ki, ötən ilin dekabrın 25-dən Özbəkistana gələn bütün sərnişinlər hava limanına çatdıqdan sonra COVID-19 testindən keçirilir.

Milli.Az