Niderlandda COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan qadağalar və təcrid olma rejimi fevralın 9-dək davam edəcək.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Niderland Baş naziri Mark Rutte məlumat verib.
Bildirib ki, ölkədə koronavirusun yeni Britaniya ştammı fəal şəkildə yayıldığı üçün bu qərar qəbul edilib. Ölkədə təxminən 7 min gündəlik yoluxma və 122 ölüm faktı qeydə alınıb. Koronavirusa yoluxanların ümumi sayı 901 544, ölənlərinki isə 12 783-ə çatıb. Pandemiya başlayandan 11 117 koronavirus xəstəsi sağalıb.
Milli.Az