Dünya

Türkiyədə vaksin olunanların sayı 300 minə çatdı

15 Yanvar 2021 10:09
Baxış: 837
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə koronavirus əleyhinə vaksinasiya prosesindən keçən vətəndaşların sayı 300 minə çatıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyindən məlumat verilib. Bilidirilib ki, ölkə ərazisində vaksin olunanların ümumi sayı 300 000 nəfəri keçib.

Hələlik yalnız Çin istehsalı olan vaksinlərdən istifadə olunur. Tibb işçilərinə, yaşlı adamlara və dövlət və xidmət sektorunda çalışanlara öncəlik verilir. Proses davam edir.

Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, səhiyyə naziri Fahrettin Koca da vaksin olunublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.