Dünya

Türkiyədə COVID-19-dan 176 nəfər ölüb

10 Yanvar 2021 20:19
Baxış: 336

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 176 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib ki, son 24 saatda  simptomları da müəyyən edilməyən xəstələrlə birlikdə daha 9 138 nəfər COVID-19 infeksiyasına  yoluxub.

Bu gün yeni növ koronavirusdan sağalan xəstələr 8 103, ağır xəstələr isə 2 801 nəfər olub.

Qeyd edək ki, Türkiyədə indiyədək yeni növ koronavirus simptomları da müəyyən edilməyənlərlə birlikdə 2 326 256 nəfər COVID-19 xəstəsi olaraq qeydə alınıb, onlardan 2 198 150 nəfər sağalıb, 22 807 nəfər isə ölüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.