Dünya

İranda koronavirusun "Britaniya" ştammına daha 4 yoluxma halı qeydə alınıb

10 Yanvar 2021 20:11
Baxış: 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda koronavirusun Böyük Britaniyada aşkarlanan yeni ştammına daha 4 yoluxma halı qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın səhiyyə naziri Səid Namaki deyib.

Onun sözlərinə görə, yeni ştamma yoluxan şəxslər bir ailənin üzvləridir. Onlar yaxın zamanda ölkəyə Avropadan qayıdıblar.

Qeyd edək ki, İranda koronavirusun "Britaniya" ştammına ilk yoluxma halı yanvarın 5-i Böyük Britaniyadan gələn İran vətəndaşında qeydə alınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.