Dünya

Culian Assanjın girov müqabilində sərbəst buraxılması üçün müraciəti rədd edilib

9 Yanvar 2021 09:54
Baxış: 1 139
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"WikiLeaks"in qurucusu Culian Assanjın girov müqabilində sərbəst buraxılması üçün müraciəti rədd edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, London Mərkəzi Cinayət Məhkəməsinin hakimi Vanessa Baraytser C.Assanjın təcrid olunmuş kamerada olduğu Belmarş həbsxanasında qalmasına qərar verib.

Hakim Baraytser, Assanjın qaçma riskinin olduğunu iddia edib.

Qeyd edək ki, yanvarın 4-də London Mərkəzi Cinayət Məhkəməsi Culian Assanjın ekstradisiyası barədə ABŞ hakimiyyətinin sorğusuna rədd cavabı vermişdi.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.