Dünya

Bu ölkədə virusdan ölənlər yandırılacaq - Yeni QƏRAR

8 Yanvar 2021 19:54
Baxış: 1 188
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şri-Lanka hökuməti uzun müddətdir müzakirə olunan yeni növ koronavirusdan ölənlərin cəsədlərini dinindən asılı olmayaraq yandırılması barədə qərar qəbul edib.

Milli.Az xəbər verir ki, Tibb Dərnəyi Heyəti (CCPSL) tərəfindən hazırlanan hesabata uyğun olaraq, dindən asılı olmayaraq yeni növ koronavirusdan ölənlərin cəsədlərini krematoriyalarda yandırmağa qərar verdiklərini söyləyiblər .

Ölkənin Səhiyyə naziri Uanniarachchi, məcburi krematoriya tətbiqinin yalnız sağlamlıq səbəbi ilə həyata keçirilməsini bildirib.

Lakin Şri-Lankada zorla yandırılmaya qarşı nümayişlərə rəhbərlik edən keçmiş Sosial İnkişaf naziri və millət vəkili Seyid Əli Zahir Mövlana, "Twitter" hesabında hökumətin bu qərarına reaksiya verib. "Səhiyyə nazirinin parlamenti səhv məlumatlandırdığı açıqdır. Hökümətin verdiyi qərar bilik deyil, siyasi və irqçi səbəblərdəndir", - deyə Seyid Əli Zahir qiymətləndirmə aparıb. /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.