Dünya

Hindistan iqtisadiyyatını 1952-ci ildə bəri ən kəskin resessiya gözləyir

7 Yanvar 2021 18:36
Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin mart ayında bitən maliyyə ilində Hindistanın ÜDM-i 1952-ci ildə bəri ən kəskin azalma yaşayacağı gözlənilir - 7,7%.

Milli.Az APA-ya istinadən bildirir ki, bu proqnoz Hindistan Statistika Nazirliyinin ölkə iqtisadiyyatının ilkin qiymətləndirməsində verilib.

İqtisadiyyatın kəskin azalmasının əsas səbəbi COVID-19 pandemiyası göstərilir. Dünya üzrə COVID-19-a yoluxma hallarının sayına görə Hindistan dünya ikincisidir (10,4 mln. çox yoluxma).

Lakin iqtisadçılar qeyd edir ki, aprelin 1-də başlayacaq növbəti maliyyə ilində ölkə iqtisadiyyatının vəziyyətə görə uyğunlaşdırılmış fiskal və monetar siyasətin hesabına bərpası gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.