Dünya

Ukrayna ordusunda hərbi rütbələr NATO standartlarına uyğunlaşdırılır

6 Yanvar 2021 19:54
Baxış: 1 020
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Silahlı Qüvvələrində hərbi rütbələr NATO standartlarına uyğunlaşdırılır.

Milli.Az APA-ya istinadən bildirir ki, bununla bağlı müdafiə naziri Andrey Taran əmr imzalayıb.

Əmrə əsasən, Silahlı Qüvvələrdə NATO hərbi rütbə kodlarına keçid təmin edilir.

"Məlum qərar sovet tipli karyera idarəetmə sisteminin aparıcı dövlətlərin qəbul etdiyi müasir sistemə dəyişdirilməsi üçün verilib", - deyə qeyd olunub.

Qeyd edək ki, Ukrayna ordusunun NATO standartlarına uyğunlaşdırılması ilə bağlı qanun Ali Rada tərəfindən 2020-ci ilin iyununda qəbul olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.