Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) koronavirusun yaranmasını araşdıran komissiyasının əməkdaşlarını ölkəyə buraxmayıb.
Milli.Az unikal.org-a istinadən bildirir ki, komissiya üzvlərinin səfərdə məqsədi koronavirusun yayıldığı iddia edilən Çinin Uhan şəhərində virusun meydana gəlmə səbəbini araşdırmaq olub.
Bildirilib ki, dekabrın ortalarında Çin hakimiyyəti ÜST-nin nümayəndələrinin səfərinə razılıq vermişdi.
Milli.Az