Dünya

İran ilə Cənubi Koreya arasında yeni qalmaqal yaranıb - VİDEO

6 Yanvar 2021 16:06
Baxış: 1 102
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreya İrana məxsus 7 milyard dollar vəsaiti qanunsuz olaraq dondurub və İrana qaytarmaq istəmir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi Tehranda keçirdiyi mətbuat konfransında deyib.

O, Cənubi Koreyaya məxsus tankerin İran tərəfindən Fars körfəzində həbs edilməsinin qanunlara uyğun olduğunu bəyan edib. Nəzərə çatdırıb ki, körfəzdən keçən gəmilərə ekoloji mühitin qorunmasının vacib olduğu dəfələrlə bildirilib. Lakin bu tanker xəbərdarlıqlara məhəl qoymayıb. Tanker daşıdığı kimyəvi maddənin dənizə axmasının qarşısını almayıb. Bu səbəbdən də İran tərəfindən həbs edilərək cinayət məsuliyyətinə cəlb edilib.

Yerli mətbuat yazır ki, Cənubi Koreya sanksiyaları bəhanə edərək nəinki İranın 7 milyard dollar vəsaitini qaytarmaq istəmir. Eləcə də adı sanksiyalar siyahısında olmayan malları da İrana ixrac etməkdən imtina edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.