Dünya

Amerikalı konqresmen “Pfizer” vaksini vurdurduqdan sonra koronavirusa yoluxub - FOTO

6 Yanvar 2021 18:44
Baxış: 924
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Texasdan olan amerikalı konqresmen Kevin Breydi "Pfizer/BioNTech" vaksini vurdurduqdan sonra koronavirus testinin cavabı müsbət çıxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, peyvəndin ilk dozası dekabrın 18-də vurulub. Yanvarın birində o, testdən keçib. Cavab mənfi olsa da, bir müddət sonra o, özünü pis hiss edib.

Təkrar testin nəticəsi isə müsbət olub.

"Pfizer/BioNTech" preparatı hazırda Avropa İttifaqı tərəfindən COVID-19 üçün təsdiqlənmiş yeganə peyvənddir.

ABŞ-da bundan başqa "Moderna" peyvəndinin istifadəsinə də icazə verilir.

Bu peyvəndlərin hər ikisi ikikomponentlidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.