Dünya

Həkim xərçəng xəstələrinin 650 min dollarlıq borclarını sildi

6 Yanvar 2021 16:24
Baxış: 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ onkoloqu müalicə etdiyi 200 xərçəng xəstəsinin Covid-19 pandemiyası səbəbiylə çətin vəziyyətdə qaldığı üçün 650 min dollar borcunu silib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, əslən pakistanlı olan həkim Ömər Atiqin davranışı yüksək qiymətləndirilib.

30 ildir ABŞ-ın Arkansas ştatında xərçəng xəstələrini müalicə edən həkim Ömər Atiq, keçən il ödənilməmiş borcları səbəbindən klinikasını bağlamaq məcburiyyətində qalıb.

"Good Morning America" televiziya şousuna danışan Atiq, "Zamanla ödəyə bilməyən insanların olduğunu anladım. Buna görə həyat yoldaşım və mən bu barədə düşündük və bütün borcları bağışlamağa qərar verdik",- deyə açıqlamasında qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.