Dünya

"İranın uranı zənginləşdirməsi narahatlıq doğurur" - Yaponiya rəsmisi

5 Yanvar 2021 18:30
Baxış: 886
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yaponiya hökumətinin baş katibi Kato Katsunobu İranın uranı zənginləşdirməsinə münasibət bildirib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, hökumət rəsmisi İranın bu addımının narahatlıq yaratdığını söyləyib.

"İranın uranı zənginləşdirməsi narahatlıq doğurur. Bu addım nüvə razılaşmasına ziddir. İran tərəfini anlaşmalara riayət etməyə və sarsıdıcı addımlar atmaqdan çəkinməyə çağırırıq", -  Katsunobu bəyan edib.

Yaponiya hökumətinin baş katibi, həmçinin qeyd edib ki, İran hakimiyyəti ilə diplomatik kanallar vasitəsilə dialoqu davam etdirəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.