Dünya

İndoneziyada Covid-19-a qarşı ilk peyvənd prezidentə vurulacaq

5 Yanvar 2021 20:30
Baxış: 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İndoneziyada ictimaiyyətin inamını artırmaq üçün koronavirusa qarşı ilk peyvəndin yanvarın 13-də Prezident Coko Vidodoya və Nazirlər Kabinetinin üzvlərinə vurulması planlaşdırılılr.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə İndoneziyanın səhiyyə naziri Budi Qunadi Sadikin məlumat verib.

Nazir əlavə edib ki, bundan bir gün sonra digər rayonlarda da vaksinasiyanın başlanılması planlaşdırılır. Bu zaman əsas prioritet səhiyyə işçilərinə və yerli liderlərə veriləcək.

Qeyd edək ki, Prezident C.Vidodo dekabrın 16-da COVID-19 virusuna qarşı peyvəndin İndoneziya vətəndaşları üçün pulsuz olacağını elan edib. Bu ölkə dekabrın 6-da Çindən 1,2 milyon, 31-də isə daha 1,8 milyon peyvənd dozası alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.