Dünya

Şirkət rəhbəri 470 milyon dollarlıq korrupsiya əməllərinə görə ölüm cəzasına məhkum edilib

6 Yanvar 2021 07:07
Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində aktivlərin idarə edilməsi sahəsində fəaliyyət göstərən ən iri şirkətlərdən biri olan "Huarong"un idarə heyətinin keçmiş sədri Lay Siaomin 1,79 milyard yuan (təxminən 470 milyon ABŞ dolları) dəyərində rüşvət və korrupsiya əməllərinə, habelə ikiarvadlılığa görə ölüm cəzasına məhkum edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tiencin şəhər xalq məhkəməsi Lay Siaomin haqqında başlanan cinayət işinə dair məhkəmə prosesinin yekununda belə qərar qəbul edib. Məhkəmə, həmçinin onu bütün siyasi hüquqlardan məhrum olunmasına və şəxsi əmlakının müsadirə edilməsinə də qərar verib.

Bildirilir ki, 2008-2018-ci illərdə Çin Bank Tənzimlənməsi Komissiyası baş ofisinin direktoru, dövlətə məxsus "Huarong" şirkətinin idarə heyətinin sədri, habelə "Huarong Xiangjiang" bankının partiya katibi vəzifələrində çalışmış Lay Siaomin avqustda keçirilmiş məhkəmə iclasında yuxarıda qeyd olunan cinayət əməllərini etiraf edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.