Dünya

Ermənistanda yenə aksiya keçirilir

5 Yanvar 2021 15:49
Baxış: 667
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qarabağ münaqişəsi zonasında itkin düşən əsgərlərin onlarla qohumları və dostları bu gün yenidən Ermənistan hökumətinin binası yaxınlığına toplaşaraq etiraz aksiyası keçirirlər.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar itkin düşən hərbçilərlə bağlı səlahiyyətlilərdən açıqlama tələb edirlər. Bununla yanaşı aksiya iştirakçıları Baş nazir Nikol Paşinyanın onlarla görüşməsini tələb edirlər.

Ermənistanda 5 yanvarın qeyri-iş günü olduğu açıqlansa da, etirazçılar buna əhəmiyyət vermədiklərini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.