Qarabağ münaqişəsi zonasında itkin düşən əsgərlərin onlarla qohumları və dostları bu gün yenidən Ermənistan hökumətinin binası yaxınlığına toplaşaraq etiraz aksiyası keçirirlər.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, onlar itkin düşən hərbçilərlə bağlı səlahiyyətlilərdən açıqlama tələb edirlər. Bununla yanaşı aksiya iştirakçıları Baş nazir Nikol Paşinyanın onlarla görüşməsini tələb edirlər.
Ermənistanda 5 yanvarın qeyri-iş günü olduğu açıqlansa da, etirazçılar buna əhəmiyyət vermədiklərini bildiriblər.
Milli.Az