Ölkə

Ölkədə istilik mövsümü başlayır

15 Noyabr 2025 09:09
Baxış: 329
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gündən Azərbaycanda növbəti istilik mövsümünə start verilir.

Bu barədə Milli.Az-a "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.

Məlumata görə, 2025-2026-ci illər payız-qış mövsümü ərzində "Azəristiliktəchizat" ASC Bakı şəhəri və respublikanın regionlarında balansında olan 550 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3841 yaşayış binasının, 276 orta məktəbin, 156 uşaq bağçasının, 143 səhiyyə müəssisəsinin və 2786 sosial və təsərrüfat hesablı obyektlərin istilik enerjisi ilə təmin edilməsi nəzərdə tutulmaqdadır.

Qeyd edək ki, Azərbaycanda istilik mövsümü gələn il aprelin 15-nə qədər davam edəcək.

Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən respublikanın dağ rayonlarında noyabrın 1-dən istilik verilişinə başlanılıb. Ölkə üzrə 14 dağ rayonundan Cəmiyyətin qazanxanalarının mövcud olduğu 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı) payız-qış mövsümü ərzində 39 qazanxana və 1 istilik məntəqəsi fəaliyyət göstərir və mövsüm gələn il mayın 1-nə qədər davam edəcək.

İşğaldan azad edilmiş Şuşa şəhərində 7 qazanxana var ki, onlar da mövsümün başlanması ilə əlaqədar artıq işə düşüb. Sözügedən qazanxanalar Şuşa işğaldan azad olunduğu dövrdə inşa olunub. Ötən mövsümlərdə də işlək vəziyyətdə olub.

Qeyd edək ki, Respublikanın dağ rayonlarında 1 noyabr tarixindən etibarən isə 9 dağ rayonunda (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik, Şamaxı ) 34 qazanxana vasitləsilə 1149 mənzilli 34 yaşayış binası, 15 orta məktəb, 3 uşaq bağçasının, 2 səhiyyə müəssisəsinin, 14 sosial və təsərrüfat hesablı obyektlər "Azəristiliktəchizat" ASC-nin istilik mənbələrinə qoşulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.