Dünya

Əlcəzair Fransanı terrorçulara pul verməkdə ittiham etdi

5 Yanvar 2021 18:50
Baxış: 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əlcəzair Fransanı Qərbi Səhra bölgəsində terrorçulara pul verməkdə ittiham edib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Fransa tərəfi ittihamları rədd edib. Ölkələr arasında diplomatik gərginlik yaranıb.

Malidə qərbli girovların azad edilməsi üçün Fransanın Qərbi Səhra terrorçularına 80 min avro pul verməsi iddiasını Əlcəzairin Müdafiə Nazirliyi açıqlayıb. Həmçinin bir neçə avropalı girov qarşılığında 200 terrorçunun azad edildiyi də vurğulanıb. Ümumilikdə Fransanın terrorçulara 10-30 milyon avro pul ödədiyi ittihamı da irəli sürülüb.

Fransa prezidenti Emmanuel Makron isə ittihamları cəfəngiyyat adlandıraraq təkzib edib. Hazırda diplomatik gərginlik davam edir

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.