Dünya

Yeni ilin ilk günündə Birləşmiş Ərəb Əmirliklərində COVID-19-a ən çox yoluxma qeydə alınıb

3 Yanvar 2021 15:12
Baxış: 791
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni ilin ilk günündə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) ötən ilin mart ayından bəri COVID-19-a ən çox yoluxma qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məlumatı Əmirliklərin rəsmi "Emirates" informasiya agentliyi yayıb.

Məlumatda qeyd olunub ki, yanvarın 1-də BƏƏ-də 1963 nəfər yeni növ koronavirusa yoluxub, 3 nəfər isə vəfat edib. Əmirliklərdə COVID-19-a yoluxanların ümumi sayı 211 min 641, vəfat edənlərin sayı isə 674 nəfərə çatıb. BƏƏ-də, həmçinin bir neçə nəfərdə virusun mutasiya olunmuş yeni forması aşkar edilib.

Səudiyyə Ərəbistanı istisna olmaqla, son həftə ərzində bütün ərəb ölkələrində COVID-19-a yoluxma halları artır. Misir, Qətər, Tunis, Bəhreyndə qoruyucu maskalardan istifadə məcburi elan edilib və qapalı məkanlarda qaydaları pozmağa görə cərimələr tətbiq olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.