Dünya

Virus Böyük Britaniyadan əl çəkmir: məktəblər və universitetlərdə distant təhsil uzadıldı

3 Yanvar 2021 12:26
Baxış: 687
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada məktəblər və universitetlərdə distant təhsil sistemi daha iki həftə uzadılıb. Hökumət koronavirusa yoluxmada baş verən artıma görə Milad tətilindən sonra bütün məktəblərin daha iki həftə bağlı qalmasına qərar verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Milli Təhsil Birliyi məktəb tətilindən sonra bütün ibtidai və orta məktəblərin qapalı qalmasının insanların sağlığı üçün faydalı olacağını açıqlayıb.

Qeyd edək ki, Birləşmiş Krallıqda son 24 saat ərzində 57 min 725 koronavirusa yoluxub, 445 nəfər isə həyatını itirib. Ölkə daxilində xəstəliyə yoluxanların sayı 2 milyon 599 min 789 nəfərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.