Dünya

Təyyarə hava balonu ilə toqquşdu

2 Yanvar 2021 10:11
Baxış: 1 620
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Avianca" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Boqotada hava limanına enərkən çox da böyük olmayan hava balonu ilə toqquşub.

APA xəbər verir ki, bu barədə "II Tiempo" qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə El Dorado hava limanında baş verib. Eniş zamanı təyyarənin qanadı şara toxunub. Sərnişinlər arasında xəsarət alan olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır. İlkin ehtimala görə, şar Yeni il şənlikləri ərəfəsində yaxınlıqda yaşayan sakinlər tərəfindən havaya buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.