Dünya

ABŞ-da tibb işçisi qəsdən 500 doza COVID-19 peyvəndini məhv etdi

1 Yanvar 2021 10:20
Baxış: 1 054
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın Viskonsin ştatında "Aurora" tibb mərkəzinin əməkdaşı 500 doza "Moderna" koronavirus peyvəndini bilərəkdən məhv edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə Qrafton şəhərində baş verib.

Bildirilir ki, tibb mərkəzinin işçisi soyuducudan 57 paket peyvənd çıxarıb və geri qaytarmayıb. Düzgün saxlanılmadığı üçün 500 dozadan çox peyvənd atılmalı olub.

Araşdırma zamanı həmin şəxs bunu qəsdən törətdiyini etiraf edib. Onun adı və hadisənin detalları açıqlanmır.

Xəstəxanadan bildiriblər ki, həmin şəxs artıq onların əməkdaşı deyil və yüzlərlə insanın peyvənd olunmasında gecikmədən kədərlənirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.