Siyasət

Rəsmi Bakı Trampın bu planını dəstəklədi

30 Sentyabr 2025 12:10
Baxış: 363

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən Qəzza Münaqişəsinin Həllinə dair Hərtərəfli Planın elan olunmasını alqışlayır.

Bu barədə Milli.Az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

"Dayanıqlı və ədalətli sülh səmimi öhdəlik, qarşılıqlı etimad və beynəlxalq hüquqa hörmət tələb edir. Məhbusların və girovların dəyişdirilməsi, eləcə də əhalinin humanitar ehtiyaclarının qarşılanması uzunmüddətli sabitlik və siyasi həll yolunun açılması üçün vacibdir. Yalnız dialoq və xoş məram vasitəsilə , iki dövlət prinsipli həll yolu əsas götürülməklə, dayanıqlı bir razılaşma əldə edilə bilər,",- deyə bəyanatda deyilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.