Cəmiyyət

Dövlət başçılarının siyasi iradəsi nəticəsində ölkələrimiz media sahəsində yeni imkanlar əldə edib - İsmət Səttarov

30 Sentyabr 2025 10:57
Baxış: 194
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan və Özbəkistan xalqlarını sadəcə ortaq tarix və mədəniyyət deyil, eyni zamanda qardaşlıq, dostluq və bir-birinə bağlılıq duyğuları birləşdirir.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, bu gün burada keçirilən Forum da məhz həmin qardaşlığın bariz nümunəsidir.

"Bu münasibətlər dövlətlərimizin rəhbərlərinin şəxsi dostluğu və qardaşlığı sayəsində daha da güclənir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev xalqlarımız arasında əsrlərdən gələn dostluğu strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qaldırıblar. Onların siyasi iradəsi nəticəsində ölkələrimiz bu gün bütün sahələrdə, o cümlədən media sahəsində yeni imkanlar əldə edib"- deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.