Dünya

Braziliyada son bir gündə 1200-dək insan koronavirusdan öldü

31 Dekabr 2020 10:37
Baxış: 913
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Braziliyada koronavirusa yoluxanların sayı 7,6 milyonu keçib. Ölkədə son sutka ərzində daha 55 649 nəfərin koronavirus infeksiyasına yoluxması, 1194 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 7 619 200 nəfər yoluxub. Bu müddət ərzində 193 875 koronaviruslu xəstə dünyasını dəyişib.

Həmçinin bu günədək 6 707 781 xəstə müalicə olunaraq sağalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.