Dünya

Pekində "təcili vəziyyət" elan edildi

28 Dekabr 2020 18:04
Baxış: 1 078
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin paytaxtı Pekində koronavirusa yoluxma sayında qəfl artım olduğu üçün "təcili vəziyyət" elan edilib.

Milli.Az xəbər verir ki, bəzi istiqamətlərdə giriş və çıxışlar bağlanılıb.

Çin Kommunist Partiyası paytaxtın bütün bölgələrinin "təcili vəziyyət"ə keçdiyini açıqlayıb.

Pekin Paytaxt Beynəlxalq Hava Limanı yaxınlığındakı Şunyi bölgəsində virusun aşkarlanması səbəbiylə paytaxtda çaxnaşma yaranıb.

Bölgədəki 92 laboratoriyada 800 min insanın COVID-19 üçün test verəcəyi açıqlanıb.

Sosial mediada yayılan görüntülərdə insanların test verdiyi ərazilərdə uzun növbələrin yarandığı məlum olur. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.