Dünya

Livanda suriyalı qaçqınların düşərgəsi yandırılıb

27 Dekabr 2020 16:36
Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gecə Livanda suriyalı qaçqınların yaşadığı düşərgədə yanğın baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə France-Press agentliyi xəbər verir.

Məlumata görə, düşərgə sakinləri ilə yerli vətəndaşlar arasında baş verən mübahisədən sonra şiddətli yanğın başlayıb.

Hadisə nəticəsində yaralananlar var. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Ofisi Minie bölgəsində baş verən güclü yanğınla bağlı məlumatı təsdiqləyib və yaralıların xəstəxanaya yerləşdirildiyini bildirib.

Ali Komissarlıqdan onu da bildiriblər ki, yanğın bütün çadırlara yayılıb.

Livan milli agentliyi NNA-nın məlumatına görə, çadırları livanlı gənclər qəsdən yandırıb.

Qeyd edək ki, düşərgədə 75 ailənin yaşadığı söylənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.