Bu gecə Livanda suriyalı qaçqınların yaşadığı düşərgədə yanğın baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə France-Press agentliyi xəbər verir.
Məlumata görə, düşərgə sakinləri ilə yerli vətəndaşlar arasında baş verən mübahisədən sonra şiddətli yanğın başlayıb.
Hadisə nəticəsində yaralananlar var. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Ofisi Minie bölgəsində baş verən güclü yanğınla bağlı məlumatı təsdiqləyib və yaralıların xəstəxanaya yerləşdirildiyini bildirib.
Ali Komissarlıqdan onu da bildiriblər ki, yanğın bütün çadırlara yayılıb.
Livan milli agentliyi NNA-nın məlumatına görə, çadırları livanlı gənclər qəsdən yandırıb.
Qeyd edək ki, düşərgədə 75 ailənin yaşadığı söylənilir.
Milli.Az