Dünya

Rusiyada 60 yaşdan yuxarı insanlara da “Sputnik V” vurulacaq

26 Dekabr 2020 16:40
Baxış: 1 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Səhiyyə Nazirliyi 60 yaşdan yuxarı insanların peyvəndlənməsi üçün "Sputnik V"nin istifadəsinə icazə verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə nazirliyin rəhbəri Mixail Muraşko "Rusiya-24" telekanalının efirində məlumat verib.

"Səhiyyə Nazirliyi tibbi istifadəyə dair təlimatlarda dəyişiklikləri təsdiqlədi. "Sputnik V" peyvəndinin 18 yaşdan yuxarı şəxslərdə istifadəsinə icazə verilmişdi. Beləliklə, artıq 60 yaşdan yuxarı vətəndaşlar yeni koronavirus infeksiyasına qarşı peyvəndlənə bilərlər", - deyə nazir bildirib. 

Muraşko müayinə nəticələrinin 60 yaşdan yuxarı vətəndaşlar üçün peyvəndin effektivliyini və təhlükəsizliyini sübut etdiyini də sözlərinə əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.