Dünya

Rusiya dünyada analoqu olmayan 5-ci nəsil qırıcısını orduya verdi

28 Dekabr 2020 02:30
Baxış: 1 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin arsenalına beşinci nəsil Su-57 qırıcısı daxil edilib.

Milli.Az xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən məlumat yayılıb.

Qeyd olunub ki, qırıcıların ilk seriyası Aerokosmik Qüvvələrə təhvil verilib.

Qeyd edək ki, daha əvvəl istehsalı başa çatan təyyarələrin 2019-cu ilin sonunda Müdafiə Nazirliyinə təhvil veriləcəyi planlaşdırılırmışdı. Lakin təyyarələrdən biri keçən il dekabrın 24-də Xabarovsk yaxınlığında uçuş sınaqları zamanı qəzaya uğramışdı.

Su-57 (əvvəlki adı PAK FA) hər növ hava, yer və yerüstü hədəfləri məhv etmək üçün hazırlanmış beşinci nəsil rus qırıcısıdır. İlk uçuşunu 2010-cu ildə edən Su-57 yüksək manevr qabiliyyətinə malikdir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.