Dünya

Gürcüstanda koronavirusun yeni növü aşkarlanıb

26 Dekabr 2020 08:23
Baxış: 1 254
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda koronavirusun yeni növü aşkarlanıb. Tbilisidəki Riçard Luqar Laboratoriyasının apardığı tədqiqatlar zamanı araşdırılan dörd nümunədən birində "İngilis koronavirusu" növünün olduğu təsdiqlənib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Mtavari Arxi" portalı və televiziyası məlumat yayıb.

Bildirilir ki, bu virus hələlik rəsmi təsdiqlənməyib, amma laboratoriyanın şübhəli hallar üzərində işlədiyi məlumdur.

Gürcüstanın Milli Xəstəliklərə Nəzarət Mərkəzinin direktor müavini, baş virusoloq Paata Imnadze bu gün Luqar laboratoriyasında davam edən araşdırmalardan danışıb. O, laboratoriyada bir neçə şübhəli virusun aşkarlandığını inkar etməyib. Lakin bunun yeni bir koronavirus növü olub-olmadığını söyləməyib.

Amma bəzi mütəxəssislər Gürcüstanda koronavirusun yeni növünün yayılması ehtimalını istisna etmirlər.

Ekspertlər "İngilis koronavirusu"nun təkcə Gürcüstanda deyil, başqa ölkələrdə də aşkarlana biləcəyini ehtimal edirlər.

Məlumat üçün qeyd edək ki, ötən həftə İngiltərədə koronavirusun yeni növü aşkar edilib. İngiltərənin Baş naziri Boris Conson ölkənin cənubunda aşkarlanan yeni - SARS-CoV-2-nin 70 faiz daha yoluxucu olduğunu söyləyib.

Ümumdünya Səhiyyə Təşkilatı İngiltərədə aşkarlanan COVID-19-un yeni növünün daha yoluxucu olduğunu təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.