Dünya

Ermənistanda etirazçılar Baş Prokurorluğun önünə toplaşıblar

24 Dekabr 2020 16:40
Baxış: 687
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda bir qrup etirazçı hökumət binasının önündən Baş Prokurorluğa doğru istiqamət götürüb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, burada aksiya keçirən etirazçılara müxalif Daşnaksütun Partiyasının funksioneri Qeqam Manukyan başçılıq edib. O çıxış edərək baş prokurorun da tezliklə məsuliyyətə cəlb olunacağını bildirib.

"Keçmiş hakimiyyət zamanından bu vəzifəni tutan baş prokuror məmnuniyyətlə indiki hakimiyyətə xidmət edir. Bu hakimiyyətə xidmət edən hər kəs cinayətkardır. Qanunsuz əməllərinə görə baş prokuror da cavab verəcək", - Manukyan bəyan edib.

O, buradan yenidən hökumət binasına önünə qayıdacaqlarını və meydanda oturaq aksiyaya başlayacaqlarını elan edib. Sona qədər gecə-gündüz Paşinyanın hakimiyyətdən getməsi üçün mübarizə aparacaqlarını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.