Sadəcə qadınlar oxusun - Smartfonların daha bir zərəri üzə çıxdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alman alimlərinin apardığı geniş araşdırma qadınların menstruasiya dövrləri ilə Ayın fazaları arasındakı qədim uyğunluğun artıq zəiflədiyini üzə çıxarıb.
Milli.Az xəbər verir ki, "Science Advances" jurnalında dərc olunan araşdırmada 176 qadının 2 ildən 37 ilə qədər dəyişən müşahidə qeydləri təhlil edilib. Qadınların orta yaşı 25,9 olub və onlar nə doğum nəzarəti üçün hormonal vasitələrdən istifadə ediblər, nə də həyat tərzində ciddi dəyişikliklər müşahidə olunub. Məlumatlar həm ənənəvi kağız qeydləri, həm də son illərdə smartfon tətbiqləri vasitəsilə toplanıb.
Nəticələr göstərib ki, 2010-cu ilə qədər menstruasiya dövrlərinin başlanğıcı tez-tez yeni ay və ya dolunayla üst-üstə düşürdü. Bu uyğunluq xüsusilə gənc qadınlarda daha aydın görünürdü, lakin yaş artdıqca, xüsusilə 35-dən sonra, dövrün uzunluğu azaldığı üçün sinxronluq tədricən pozulurdu. Araşdırmaya görə, 2010-cu ildən sonra bu əlaqə daha da zəifləyib. Bununla belə, alimlər qeyd edirlər ki, yanvar ayında Ay və Günəşin Yerə təsir edən cazibə qüvvəsi gücləndiyindən müəyyən qədər sinxronluq hələ də hiss olunur.
Tədqiqatçılar bu dəyişimin əsas səbəblərindən birinin ağıllı telefonların həyatımızda getdikcə daha çox yer alması olduğunu bildirirlər. Gecə saatlarında parlaq ekranlara baxmaq bioloji saatı pozur, yuxu və oyanıqlıq ritmini dəyişir və nəticədə aybaşı dövrlərinə də təsir göstərə bilir. Alimlərin fikrincə, qadın orqanizminin təbii ritmləri yalnız Ay işığı ilə deyil, həm də cazibə qüvvəsi ilə bağlıdır, lakin texnologiyanın yaratdığı işıq kirliliyi bu mexanizmləri zəiflədə bilər.
Mütəxəssislər vurğulayırlar ki, menstruasiya ilə Ay fazaları arasındakı bioloji əlaqənin dəqiq səbəbləri hələ tam öyrənilməyib. Həmçinin, bu dəyişikliklərin qadın sağlamlığına uzunmüddətli təsiri barədə suallar açıq qalır və gələcəkdə əlavə elmi araşdırmalara ehtiyac var.
Gülsüm
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu yaşda ət yemək ömrü uzadır
-
Kleopatra haqqında tarixçilərin susduğu 6 utanc verici fakt
-
Tünd kişmiş cavanlaşdırır
-
Yuxudan duran kimi bunu edin
-
Qumralın əri ilə eşq dolu rəqsi diqqət çəkdi - (Video)
-
Mətbəx süngəri tarixə qovuşur
-
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - (Video)
-
Burcu Biricik : "Milyonlar qazanan cəmi 3-5 aktyor var"
-
Günün qoroskopu: Ətrafınızdakıların fikirlərinə də bir qədər yer ayırın
-
Almaniyada insanlar niyə hesabı ayrı-ayrı ödəyir?
-
Bu qış xəyanət təhlükəsi artır: Hansı bürclər gizli eşq yaşaya bilər?
-
Mebel almaq istədi, aldandı - (Video)
-
Qaxda mikroavtobus dərəyə aşdı - (Video)
-
“Razılaşma əldə etməkdə çox maraqlıdırlar” - Donald Tramp
-
Ağdamda avtomobil aşdı, xəsarət alanlar var - (Video)
-
Kanalizasiya xətti üstündə dava düşdü - (Video)
-
Hərəkətdə olan avtomobil anidən alışdı - (Video)
-
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - (Foto)
-
Misirdə qatar qəzasında ölənlərin sayı 7-yə çatıb
-
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb - (Foto)
-
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - (Foto)
-
“Müsəlman Birliyi Hərəkatı" üzvləri Almaniyadan deportasiya olunacaq – məntiq və qanun bunu tələb edir - (Video)
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, Rəcəb Tayyib Ərdoğan və Əminə Ərdoğan Vətən Müharibəsi Qəhrəmanları və ordenlərlə təltif olunmuş hərbçilərlə görüşüblər - (Video)
-
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi





