Sağlamlıq

Gənclərdə infarkt nədən yaranır?

30 Sentyabr 2025 08:08
Baxış: 423
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son illərdə ürək-damar xəstəlikləri daha gənc yaşlarda görünməyə başlayıb.

Milli.Az xəbər verir ki, əgər əvvəllər infarkt əsasən 60 yaşdan yuxarı insanlarda rast gəlinirdisə, indi 40-50 yaş arası şəxslər də risk qrupuna daxil olur.

Bu, həm həyat tərzi, həm də orqanizmin təbii dəyişiklikləri ilə bağlıdır.

Təzyiq və damar sərtliyi

Bu yaşdan sonra damar divarları əvvəlki elastikliyini itirir. Yüksək qan təzyiqi isə damarların daxili qatını zədələyərək infarkt üçün zəmin yaradır.

Xolesterin və damar tıxanıqlığı

Uzun illər ərzində yığılan qeyri-sağlam qidalanma nəticəsində xolesterin lövhələri əmələ gəlir. Damarların daralması ürəyə qan axınını zəiflədir və qəfil tıxanma ilə infarkt baş verə bilər.

Artıq çəki və maddələr mübadiləsi

40 yaşdan sonra maddələr mübadiləsi yavaşlayır. Hərəkətsizlik və yüksək kalorili yeməklər artıq çəkiyə səbəb olur. Qarın piylənməsi ürək xəstəliklərinin ən ciddi risk faktorlarından biridir.

Stress və gündəlik gərginlik

İş, ailə və sosial məsuliyyətlər bu yaş dövründə insanın üzərinə daha çox düşür. Uzunmüddətli stress ürək ritmini pozur, damar spazmları yaradır və təzyiqi yüksəldir. Bu isə miokard infarktının əsas amillərindən biridir.

Zərərli vərdişlər

Siqaret, elektron siqaret və spirtli içkilər ürək-damar sisteminə zərbə vurur. Bir çox həkimlərin sözlərinə görə, siqaret çəkən şəxslərdə infarkt riski çəkənlərə nisbətən 2-3 dəfə artıqdır.

Genetik faktorlar

Əgər ailədə gənc yaşda infarkt hadisələri olubsa, bu risk daha da artır. Genetik meyillik səbəbindən sağlam həyat tərzi belə riski tamamilə sıfırlamır, amma xeyli azaldır.

Yanaşı xəstəliklərin təsiri

Şəkərli diabet, qalxanabənzər vəzin hormonal pozğunluqları, böyrək xəstəlikləri ürək üzərində əlavə yük yaradır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, düzgün vərdişlərlə infarktın qarşısını almaq mümkündür. Bunun üçün:

-Sağlam və balanslı qidalanmaq,

-Fiziki aktivliyi artırmaq,

-Siqaret və alkoqoldan uzaq durmaq,

-Stressi idarə etməyi öyrənmək,

-Müntəzəm tibbi müayinədən keçmək vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.