Hadisə

“Abşeron” ticarət mərkəzinin qarşısında ağır qəza - Ölənlər var

30 Sentyabr 2025 09:40
Baxış: 437
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda ağır yol qəzası baş verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, qəza Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində - "Abşeron" ticarət mərkəzinin qarşısında qeydə alınıb.

Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdikləri avtomobillər toqquşub.

Nəticədə Elməddin Abbasov və 1978-ci il təvəllüdlü sərnişin Xankişiyeva Aynurə Elxan qızı aldıqları ağır xəsarətlərdən vəfat edib. E.Sadıxov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.