Dünya

Türkiyədə 2 deputatla bağlı cinayət işi başlanıldı

22 Dekabr 2020 18:00
Baxış: 940
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dekabrın 21-də 22 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Xalqların Demokratiya Partiyasının (HDP) üzvü, keçmiş deputat Leyla Güvənə kömək edənlər barəsində cinayət işi başlanılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Diyarbəkir Prokurorluğunun araşdırması zamanı HDP-li millət vəkili Səmra Gözəlin rəfiqəsini evində gizlətdiyi ortaya çıxıb. Həmçinin, L. Güvənə yardım edən şəxslərdən biri də HDP-li deputat Tayip Temel olub.

Hər iki şəxs barəsində cinayət işi başlanılıb, onlar terrorçuya dəstək olmaqda ittiham olunur.

Qeyd edək ki, Leyla Güvən silahlı terror təşkilatı qurmaq və idarə etməkdə, terror təşkilatının təbliğatını aparmaqda və xalqı kin və düşmənçiliyə təhriketmədə ittiham edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.