Dünya

"Toyota" zavodlarını bağlayır - SƏBƏB

22 Dekabr 2020 15:58
Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın Toyota avtomobil konserni koronavirusun yeni mutasiyasına görə Böyük Britaniya və Fransadakı fabriklərin işini dayandırır.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Böyük Britaniyadakı mühərrik istehsalı zavodu bu gündən, yığma zavodu isə sabahdan işini dayandıracaq. Fransadakı təkrar emal zavodu da bu gündən fəaliyyət göstərməyəcək. İşçilər Milad tətilinə vaxtından əvvəl göndəriləcək.

Qərarın səbəbi şirkətdə detalların tədarükündə kəsilmə ehtimalıdır. Bu da Britaniyada aşkarlanan koronavirus mutasiyasına görə real ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.