Dünya

Almaniya "özünütəcrid"ə hazırlaşır

21 Dekabr 2020 19:19
Baxış: 1 048
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada təkcə dünən ərzində (dekabrın 20-də) 22.771 yeni koronavirusa yoluxma halı qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin tarixədək rekord cümə günü, dekabrın 20-də qeydə alınmış 33.777 yoluxma faktı idi.

Sutka ərzində koronavirusdan 409 nəfər ölüb. Bundan əvvəlki maksimum 952 ölüm faktı çərşənbə günü qeydə alınıb. Gündəlik ölüm hallarında artım tendensiyası müşahidə olunur. Pandemiya ilə bağlı yaranan qorxulu vəziyyəti hansısa yolla yüngülləşdirməkdən ötrü növbəti təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə bu həftə federal hökumətin təcili iclasının çağırılması gözlənilir.

Hökumətə yaxın olan mənbələr ölkədə komendant saatı və tam karantin tətbiq olunması ehtimalı barədə xəbər verirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.