Dünya

Çili Prezidenti ictimai yerdə maska taxmadığına görə cərimələnib

19 Dekabr 2020 14:39
Baxış: 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çili Prezidenti Sebastyan Pinera ictimai yerdə maska rejimini pozduğuna görə 2,5 milyon peso (3,5 min dollar) cərimə ödəməli olacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Valparaiso regionunun Səhiyyə Nazirliyi özünün "Twitter" səhifəsində yazıb. Qeyd olunub ki, qaydanı pozduğunu dövlət başçısı özü bildirib.

Bundan əvvəl sosial şəbəkədə Çili Prezidentinin çimərlikdə tanımadığı qızla maskasız şelfi çəkdirməsini əks etdirən kadrların yayılması ölkədə böyük rezonans doğurmuşdu.

Con Hopkins Universitetinin məlumatına görə, Çilidə koronavirusa 581 min 135 yoluxma halı qeydə alınıb, 16 min 51 xəstə həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.