Dünya

Moldovada rus dilinin rəsmi statusu bərpa olundu

18 Dekabr 2020 18:49
Baxış: 1 145
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moldovada rus dilinin rəsmi statusu yenidən bərpa olunub.

Milli.Az unikal.org-a istinadən bildirir ki, fəaliyyətdə olan prezident İqor Dodon bununla bağlı qanun imzalayıb. Qanuna əsasən, rus dilinin statusu millətlərarası funksional ünsiyyət vasitəsi olan dil kimi təsbit edilib. Dodon bunun böyük addım olduğunu vurğulayıb.

Qeyd edək ki, Moldovada rus dilinin bu formada statusu əvvəllər də olub. Lakin 2018-ci ildə ölkənin Konstitusiya Məhkəməsi rus dilinin rəsmi statusunu ləğv edən qərar qəbul etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.