Dünya

Merkel peyvəndi tapan türk cütlüklə onlayn görüşdü - FOTO

17 Dekabr 2020 17:03
Baxış: 1 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya kansleri Angela Merkel koronavirus peyvəndini ixtira edən alman "BioTech firmasının qurucuları Uğur Şahin və Özlem Türeci ilə görüşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Merkel baş tutan onlayn müzakirədə əslən Türkiyədən olan həkimlərlə qürur duyduğunu qeyd edib.

"Sizinlə fəxr edirik. Bunu hökumətimiz adından deyə bilərəm",- Merkel qeyd edib.

O, Uğur Şahin və Özlem Türecinin tapdıqları peyvəndin insan həyatı üçün əhəmiyyətinə diqqət çəkib və "COVID-19" səbəbiylə yüksək ölümlərin bu vaksin sayəsində azalacağına ümid etdiyini bildirib.

Kansler Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın G-20 toplantısında həkimlərin türk olmaları haqqında danışdığını, buna xoşbəxt olduğunu söyləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.