Dünya

Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi qərar qəbuletmə səlahiyyətinin müddəti artırıla bilər

16 Dekabr 2020 07:07
Baxış: 803
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan hökumətinin koronavirus pandemiyası dövründə fövqəladə vəziyyət elan etmədən məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddəti 6 ay artırıla bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında parlamentin səhiyyə komitəsinin sədri Dmitri Xundadze məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı yeni qanun layihəsi hazırlanıb.

Komitə sədri bildirib ki, "İctimai sağlamlıq haqqında" Qanuna edilmiş düzəlişlər hökumətə koronavirusun səbəb olduğu ziyanın qarşısını almağa imkan verir. Bu düzəlişlərin vaxtı yanvarın 1-də başa çatır. Həmin düzəlişin müddəti daha 6 ay uzadıla bilər.

"Lakin ümid edirik ki, gələcəkdə düzəlişlərin qüvvədə qalma müddətinin uzadılmasına ehtiyac olmayacaq. İnanırıq ki, 6 ay müddətində COVID-19-a qarşı peyvəndi Gürcüstan üçün əlçatan olacaq", - deyə D.Xundadze vurğulayıb.

Qeyd edək ki, bu ilin iyulunda adıçəkilən qanuna edilən düzəlişlərlə Gürcüstan hökumətinə 2021-ci ilin yanvarın 1-dək ölkə ərazisində fövqəladə vəziyyət tətbiq etmədən məhdudlaşdırıcı tədbirlər həyata keçirmək səlahiyyəti verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.